GƏNCƏ -

dahi Nizami Gəncəvinin Vətəni.



Gəncə adının mənşəyi

«Gəncə» adının nədən başlanması, hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə», yəni «xəzinə», bir qismi geniş, böyük mənasına gələn «gencə» ifadələri ilə, digərləri isə əsgi türk tayfaları hunlar və gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər.

Gəncənin tarixi və etnoqrafiyası haqda geniş tədqiqatlar aparmış gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köcmüş Fərrux Əhmədov özünün «Gəncənin tarix yaddaşı» (Bakı, «Şirvannəşr», 1998) əsərində qədim şəhərin adının türk mənşəli olduğunu əsaslandıraraq diqqətəlayiq bir mülahizə ilə çıxış edir: «… Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin – xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlandırılmışdır (bax: İbn Xordadbek "Kniqa putey i stran" – kommentarii, issledovaniye, ukazateli i kartı Naili Velixanovoy, Baku, 1986, s. 78, 226). Bu sözün ilk komponenti "qan", "kan", "kaan", "xan" türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı", "xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı».



GƏNCƏNİN MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.


Bu abidələrdən aşağıdakılar bu gün də Qədim Gəncənin qonaqlarının diggatini daha çox özlərinə cəlb edirlər:

XALQ CUMHURİYYƏTİNİN BİNASI
Bina 1897-ci ildə tikilmişdir. Şəhər bələdiyyə idarəsinin binası olub. 1918-ci ildən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk aylar burada fəaliyyət göstərib. Hazırda bina Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının istifadəsindədir.
Ünvan: Atatürk prospekti 262.

ŞƏRƏFXANLI MƏSCİDİ
Bina Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə tikilmişdir.Bina kümbəzlidir.
Bu binadan hazırda Nigah evi kimi istifadə edilir.
Ünvan:Hacı Əli Hüseynzadə küçəsi.

ŞAHSEVƏNLƏR MƏSCİDİ
Məscid 1882-ci ildə tikilmişdir. Binadan vaxtilə dövlət kitabxanası kimi istifadə edilib. Hal-hazırda məscid kimi fəaliyyət göstərir.
Ünvan: Şahsevənlər küçəsi.

MÜRSƏL OCAĞI TÜRBƏSİ
Əttarlar küçəsindəki köhnə qəbirstanlıqda tikilmişdir. Sovet dövründə qəbirstanlığın ərazisində şəhər Mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir.

XAN BAĞI - SƏRDAR BAĞI
Rəsmi sənədlərdə belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar Bağı"dır.
Sərdar Bağı 1847-ci ildə carın Qafqazdakı canişini ("sərdarı") knyaz M. S. Voronsovun təşəbbüsü ilə salındığı üçün bu adı almışdır.
Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas istirahət guşələrindəndir.

ALMAN KİLSƏSİ
Kilsə XIX əsrdə tikilmişdir. Tikintidə əsasən tuf daşından istifadə edilmişdir. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilmişdir. Binada indi Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.

MİXAİLOV SƏNƏT MƏKTƏBİNİN BİNASI
XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən İnzibati bina kimi istifadə olunur.
Ünvan: Ozan küçəsi 6.

SİNEMA BİNASI
XIX əsrin II yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması» adlandırılmışdır.
Ünvan: Adil İsgəndərov küçəsi 60.

«VƏTƏN» KİNOTEATRININ BİNASI
XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Bina əvvəllər «Zaryadie» adı ilə tanınmışdır.
Ünvan: Cavad xan küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi.

COMƏRD QƏSSAB TÜRBƏSİ
VII-VIII əsrlərdə tikilmiş Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində, Qədim Gəncə hasarının I km.-də, indiki dəmir yolunun cənubunda yerləşirdi. Türbə XX əsrin 70-ci illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir.

ALBAN MƏBƏDİ
VI-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Bina yeddi sütunludur. Hazırda burada Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.

YUSİFBƏYLİLƏR MÜLKÜ
Əsas materialı kərpicdən olan ev, 1877-ci ildə inşa edilmişdir. Evin tikilməsində Şərq və Qərb memarlıq uslubuna üstünlük verilmişdir. Ev hazırda əvvəlki görkəmini saxlayır.
Ünvan: Nəsib bəy Yusifbəyli küçəsi 21.

DİVANXANA
Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Ünvan: Atatürk prospekti 260.

UĞURLU BƏY KARVANSARASI
XVIII əsrdə tikilmişdir.
Ünvan: Şeyx Bahəddin küçəsi 59.

REALNIY MƏKTƏB BİNASI
1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
Ünvan: Adil İsgəndərov küçəsi 64.

ZİYADXANOVLAR MÜLKÜ
Bina XIX əsrdə tikilmişdir. Hazırda burada Tarix-Diyarşünaslıq muzeyi yerləşir.
Ünvan: Atatürk prospekti 244.

AVROPA TİPLİ HAMAM
XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur.
Ünvan Adil İsgəndərov küçəsi 91.

KİŞİ GİMNAZİYASI
XIX əsrdə tikilmişdir. Hazırda bina Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının istifadəsindədir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi 60.

QIZ GİMNAZİYASI
XIX əsrə aid tikilidir. Hazırda mülki idarədir.
Ünvan: Əziz Əliyev küçəsi ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsi.

BAĞBANLAR MƏSCİDİ
(MİRZƏ KƏRİM MƏSCİDİ)
Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina kümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir.
Ünvan: İ. Qayıbov və Ozan küçəsinin kəsişməsi.

RUS PRAVOSLAV KİLSƏSİ
Məbəd 1887-ci ildə tikilmişdir. Bina hazırda kilsə kimi istifadə olunur.
Ünvan: Hacı Əli Hüseynzadə küçəsi 2.

QALA DİVARI
Qala divarı XVI əsrlərdə inşa olunub. Divarın ümumi uzunluğu 3,6 km., hündürlüyü 8,5-9,6 m olub. Qala XIX əsrin 80-ci illərinədək mövcud olub. Qalanın indiyədək saxlanmış divarı Şərili bəy bürcünün qalığıdır. Bu qalada hərbi qarnizon yerləşmişdir. Qala Divarı Gəncə Regional Elm Mərkəzinin rəhbərliyinin təşəbbüsü ilə təmir olunub.
Ünvan: Xan bağı.

GƏNCƏ QALASI, QALA DİVARLARI VƏ GƏNCƏ QAPILARI
Qalanın inşası IX-X əsrlərə aiddir. Gəncə çayının sağ sahilində tikilmişdir. Qala Qədim Gəncə xarabalıqlarının ərazisindədir.
Məşhur Gəncə qapıları Əl-Fəzrin oğlu Şəddadi Əbül Əsvar Şavirin zamanında onun tapşırığı ilə dəmirçi Osman oğlu İbrahim tərəfindən 1063-cü ildə hazırlanmışdır. 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən Gürcü çarı Dmitri tərəfindən qapılar aparılmışdır. Hazırda qapının bir tayı Kutaisidəki Helat monastrında saxlanılır.

QAZAXLAR MƏSCİDİ
1880-ci ildə tikilmişdir. Bina kümbəzlidir. Hazırda fəaliyyət göstərir.
Ünvan: Təbriz küçəsi 145.

QIZIL HACILI MƏSCİDİ
Məscid 1877-ci ildə tikilmişdir. Bina kümbəzlidir. Hazırda uşaq stamatoloji poliklinikası kimi istifadə olunur.
Ünvan: Təbriz küçəsi 182.

İMAMZADƏ TÜRBƏSİ (GÖY İMAM)
Türbə VIII əsrdə tikilmişdir. Həmin tarix türbədəki bir kitabənin üzərində də yazılmışdır. 1878-ci ildə general İsrafil bəy Yadigarzadə tərəfindən təmir və bərpa edilmişdir. Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə olunur. İmamzadə türbəsi həmçinin müsəlmanların mötəbər və müqəddəs bir ziyarətgah yeri kimi məşhurdur.

HÜSEYNİYYƏ (TATLAR) MƏSCİDİ
Bina 1825-ci ildə Bəhman Mirzənin qızı Səbiyyə xanımın himayədarlığı ilə tikilmişdir. Yerli əhali vaxtı ilə İrandan gələnləri tat adlandırdığı üçün camaat arasında bu bina Tatlar məscidi kimi tanınmışdır. Hazırda bu binada Nizami-Puşkin kitabxanası yerləşir.
Ünvan: Hüseyn Cavid küçəsi 1.

OZAN MƏSCİDİ
1786-cı ildə xalq sənətkarları tərəfindən ozanlıların məhəllə məscidi kimi tikilmişdir. Bina kümbəzlidir.
Ünvan: Ozan küçəsi ilə Ruhulla Axundov küçəsinin kəsişməsi.

QIRIXLI MƏSCİDİ
XVIII əsr abidəsidir. Məscid dövrün nüfuz sahibi olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına tikilib başa gəlmişdir. Vaxtilə «yaşıl aptek» kimi istifadə edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır. Binadan hazırda məscid kimi istifadə olunur.
Ünvan: Gəncəvi küçəsi ilə Bağbanlar küçəsinin kəsişməsi.

CAVAD XAN DƏFTƏRXANASI
Bina XVIII əsrdə tikilmişdir. Bir vaxt Gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə edilmişdir. Hazırda Cavad xanın dəftərxana muzeyi kimi fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi 68.

ŞAH ABBAS MƏSCİDİ
1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilmişdir. Bu məscid cumə məscidi kimi tanınır. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə tikilmişdir. Hazırda məscid dini bir ibadədgah kimi fəaliyyət göstərir.
Ünvan: Şah İsmayıl Xətai prospekti ilə Cavad xan küçəsinin kəsişməsi.

MOLLACƏLİLLİ MƏSCİDİ
XIX əsrdə tikilmişdir. Binadan bir zamanlar Gənc Texniklər Stansiyası kimi istifadə olunmuşdur.
Ünvan: İ. Məmmədov küçəsi 5.

SEYİD MİRZƏ BAĞIR AĞA TÜRBƏSİ
XIX əsrdə tikilmişdir. Qalıqları Səfərabad qəbirstanlığındadır.
Ünvan: Ağa Mirzə Əhmədov küçəsi.

ÇÖKƏK HAMAM
Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilmişdir. Bina kümbəzlidir. Ölkə əhəmiyyətli tarixi abidədir. Hazırda binadan Dekorativ Sənət Mərkəzi kimi istifadə olunur. Bina Azadlıq meydanının yaxınlığında yerləşir.

NİZAMİ MƏQBƏRƏSİ
İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir etdirilmişdir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Hazırda məqbərənin mərkəzi xiyabanının uzunluğu 125, eni 40 m-dir. Məqbərənin hündürlüyü isə 20,9 m-dir. Məqbərənin ətrafındakı sahədə şairin «Xəmsə»-sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir. Məqbərə şəhərin girəcəyində yerləşir.

NİZAMİ GƏNCƏVİNİN EV MUZEYİ
Ev muzeyi 1980-ci ildə «Nizami» bədii filminin çəkilişi zamanı tikilmişdir. Muzeyin tikilməsində məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından ibarət olmuşdur.

GƏNCƏÇAY ÜZƏRİNDƏ QƏDİM KÖRPÜ
Körpünün tikintisi XI-XII əsrlərə aiddir. Körpü üç tağlıdır. Körpü Azərbaycan memarlığının monumental əsərlərindən sayılır.


Создан 17 мар 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters