OĞUZ

Azərbaycanın ucqar, kiçik, lakin öz gözəlliyinə görə İsveçrəyə bənzədilən bu bölgəsi



Böyük Qafqazın cənub yamacının şərq hissəsində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin təbiəti və güclü iqtisadi potensialı olan bölgələrindən biridir. Qafqaz dağları ərazini soyuq hava kütlələrinin təsirindən qoruyur, kəskin soyumaların qarşısını alır, rütubətliyin artmasına şərait yaradır. Oğuz zəngin torpaq və bitki örtüyü, onların yüksək dərəcədə növ müxtəlifliyi ilə fərqlənır. Oğuzun uca dağları, səfalı yaylaqlan, yaşıl meşələri, suyu diş göynədən bulaqları, çayları həmişə burada yaşayanları və qonaqları heyran qoymuşdur.

Məhz bu əlverişli təbii şəraitinə görə Oğuz dünyanın insan yaşayan ən qədim məskəntərindən biri olmuşdur, Görkəmli arxeoloq, Oğuzun yetirməsi Saleh Qazıyevin ötən əsrin ortalarında rayqnun ərazisində apardığı arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri (tunc bıçaq, xəncər, nizə ucluğu, əsa başlıqları, gil sacayaq, daş qadın fiquru və s.) sübut edir ki, bu ərazidə neolit və eneolit dövrlərində (yəni 6-7 min il bundan əvvəl) insanlar toplu şəklində yaşamışlar. Kərimli kəndinin cənub-şərqindəki e.ə. I minilliyə aid, Oğuz şəhəri ərazisindəki tunc və ilk dəmir dövrünə aid, Qarabaldır kəndınin şimaiındakı e.ə, i'v'-i əsriərə aid nekropoiiar, VII əsrin yadigarı oian Xaçmaz Govur qalası, IX əsrdə tikilmiş Muxas qülləsi, Oğuz şəhəri və Calud kəndi ərazisindəki ilkin orta əsrlərdən qalan alban ibadətgahları da rayonun ulu keçmişindən soraq verir.

Vartaşen, Oğuz, Maza, Vəngey, Padar, Sazur, Şahra və s. toponimlərin mənşəyi isə 12-14 min il bundan əvvələ gedib çıxır, "Avesta" ilə səsləşir, rayonumuzun ərazisinin ulu Zərdüşt vətəninin bir hissəsi olduğunu təsdiqləyır. Bu günkü Oğuz rayonunun ərazisi tarixin müxtəlif dövrlərində Qəbələ mahalının, Şəki xanlığının, Nuxa qəzasının tərkibində olmuş, 1930-cu ildə bu ərazidə respublika tabeliyində Vartaşen adı ilə müstəqil inzibati rayon yaradılmışdır. Rayona Oğuz adı 1991-ci ildə verilmişdir.' Oğuzdan Azərbaycanın Mücrim Kərim Vardani, Abdulla Padarlı, Saleh Qazıyev, Əlfəddin Abdullayev, Həbib Babayev, Elməddin Əlibəyzadə, Rasim Əsədov və s. kimi görkənli alim və şairləri yetişmişdir.

Oğuz çoxmillətli rayondur. Hazırda burada azərbaycanlılarla yanaşı məhsəti türkləri, ləzgilər, utilər. yəhudilər, ruslar, avarlar, kürdlər və başqa millətlərin nümayəndələrı də yaşayır. Oğuz turizm imkanları ilə də seçilir. Son illər bu sahə rayonda inkişaf etməyə başlamış, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizrnin inkişafına dair Dövlət Proqramına uyğun olaraq ümumrayon tədbirlər planı hazırlanmışdır. Baş Daşağıl kəndi ərazisindəki məşhur "Göbür" bulağının yanında "Saf təbiət" turizm-istirahət mərkəzi tikilmişdir

Azərbaycanın ucqar, kiçik, lakin öz gözəlliyinə görə isveçrəyə bənzədilən bu bölgəsi haqqında çox az yazılmışdır. Akademik Budaq Budaqovun redaktorluğu ilə buraxılmış "Azərbaycan Respublikasının regional coğrafi problemləri. Oğuz rayonu" ("İsmayıl" NPM, 2001) kitabında adından da göründüyü kimi Oğuzun iqtisadi-coğrafi problemlərindən, Gülxani Pənahın "Oğuz şəhidlərı, itkinləri" (Bakı, 1999) kitabında 1992-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərin oğuzlu şəhıd və itkinlərindən, Israfi! ismayılovun "15 millətin nümayəndəsi yaşayan rayon" (Bakı, "Bilik" cəmiyyəti, 1981, rus dilində) kitabında isə Oğuzun sovet hakimiyyəti illərindəki iqtisadi, sosial və mədəni inkişafından bəhs olunur

Oğuzun tarixi, iqtisadi, sosial və mədəni inkişafı, şəhidləri, veteranları, elm xadimləri, ziyalıları, təbiəti, turizmi, xidmət sahələri, yaşayış məntəqələri və s. haqqında yığcam məlumatlar verilir. Bèç çaëûşmışıq ki, Oğuz ilə maraqlanan hər bir şəxs rayonun keçmişi və bu günü haqqında geniş informasiya əldə edə bilsin. Həmin informasiyaları hazırlayarkən müxtəlif mənbələiə müraciət etmiş, dəqiqləşdirmələr aparmışıq.; nömrə olan EATS -6 fəaliyyət göstərir.

Əgər 1997-ci ildə şəhərdə 2 orta məktəb, 3 uşaq bağçası, 1 uşaq-gənclər idman məktəbi, 1 uşaq-gənclər şahmat məktəbi, 1 uşaq yaradıcılıq mərkəzi, 1 uşaqtexniki yaradıcılıq mərkəzi, 1 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 3 kitabxana, 1 mədəniyyət evi, 1 xalq teatn, 1 rnuzey, 2 xəstəxana, 2 poliklinika, 1 təcili yardım stansiyası, 1 GEM (gigiyena və epidemiologiya mərkəzi), 1 poçt, 1678 yerlik 1 ATS var. 1941-1945-ci illər müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə abidə ucaldılmış, 1988-1992-ci illərdə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsi zamanı həiak olanların xatirəsinə şəhidlər xiyabanı salınmışdır. Şəhərdə 2 park -milli liderimiz Heydər Əliyevin adını daşıyan park və mədəniyyət və istirahət parkı, bazar, avtovağzal, mehmanxana, ticarət, iaşə və məişət xidməti obyektlərinin geniş şəbəkəsi fəaliyyət göstərir. Şəhərdə 1 kompleks idman meydançası var. internet fəaliyyət göstərir.


http://www.novruzoguz.tk/


Создан 18 мар 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters