ZAQATALA

ZAQATALA RAOYNU Böyuk Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir.



ZAQATALA RAOYNU Böyuk Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir. Rayon şimal-şərq tərəfdən Rusiya ilə həmsərhəddir. Rayonun relğyefi dağlıq və düzənlik, iqlimi - dağlarda soyuq və düzənliklərdə istidir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağ ətəyi bölgədə yerləşir. Zaqatala rayonun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir - şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna - maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, hamçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur - qıqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.

1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "ZAQATALA" Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir və həm Zaqatala, həm də Balakən rayonlarının ərazisini əhatə edir. Qoruğun ərazisində turistlərin istirahət etməsi və gecələməsi üçün münasib yerlər var. QAS kəndini yaxınlığında qışda bol qar yağır.

Zaqatala rayonunda azərbaycanlılarla yaqaşı başqa millətlərin etnik qrupların nümayəndələri də yaşayır - ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar - burada təqribən 20-yə yaxın xalq dinc yanaşı yaşayır.

Rayonun tarixi abidələri ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. GÖZBARAX və HALAL kəndlərində 18-ci əsrə aid məsçidlər, KEBELOBA kəndində 14-cü əsrə aid iki qüllə, MAZIX kəndində 12-ci əsrə aid qüllə, YUXARI ÇARDAXLAR kəndində 5-ci əsrə aid pəri qalası, CAR kəndində 14-ü əsrə aid CİNGƏZ qülləsi və rayon Tarix-diyarşünaslıq muzeyi, PAŞAN kəndində Alban qülləsi (13 əsr) və AXAXDƏRƏ kəndindəki Alban qülləsi (12 əsr), rayonun müxtəlif kəndlərində ƏLİABAD və MOSUL kəndlərində 19 əsrdə tikilmiş məsçidlər salamat qalmışdır.

Turistlər Zaqatala şəhərindən 6 km şimal-qərbdə yerləşən CAR kəndinə getməyi çox xoşlayrlar. Bu kənd yerli təbiətin gözəl güşəsi olmaqdan əlavə, orada məhz bu regiona xas olan orijinal memarlaq-inşaat və məişət ənənələri qorunub saxlanmışdır.

Zaqatala rayonunun inzibati mərkəzi olan ZAQATALA ŞƏHƏRİ dəniz səviyyəsindən 535 metr yüksəklikdə TALAÇAY çayının sahilində yerləşir. Şəhərin əhalisinin sayı 109.300 nəfər, Bakıdan məsafəsi 372 km-dir.

Bu şəhər özünün iqlim xarakteristikalarına və gözəl təbiətinə görə əsl kurort adlandırılmağa layiqdir. Burada 15 hektar sahədə mədəniyyət və istirahət parkı salınmışdır, çox maraqlı bir təbii abidə - 800 yaşlı çinar ağacı da burada yerləşir.

Şəhərdəki qədim QALA (1830-cu il) təkçə qədimliyinə görə deyil, həm də ona görə maraqlıdır ki, vaxtilə "POTYOMKİN" zirehli qəmisində qiyam qaldırmış matrosları buradakı həbsxanaya salmışdırlar. Gəmidə təşkil edilmiş qiyamın iştirakçılarından S.Demaşkoya yerli parkda abidə qoyulmuşdur.


Создан 16 мая 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters