OĞUZDA TURİZMİN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKA

Oğuz, 25 aprel (AzərTAc)



Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastrukturun yaradılması, habelə dövlət, iş adamları və özəl qurumlar tərəfindən bu sahəyə investisiyaların cəlb edilməsi rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, Oğuz şəhərində, Calut və Xalxal kəndlərinin ərazisində yeni turizm obyektlərinin tikintisinə başlanılmışdır. Həmin obyektlərə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulur. “Qoşabulaq” adlanan ərazidə təməli 2007-ci ildə qoyulmuş və smeta dəyəri 2 milyon manat olan turizm obyektinin tikintisi də hazırda sürətlə davam etdirilir. Bundan əlavə, “Azərbaycan- 60” adlanan ərazidə smeta dəyəri 6 milyon manat olan farel balıqlarının bəslənilməsi mərkəzinin tikintisi üçün də hazırlıq işlərinə başlanılmışdır. Bu ərazidə də turizmlə bağlı bir-sıra obyektlərin tikilməsi nəzərdə tutulur.


Mənbə: http://www.azertag.gov.az/index_az.jsp?id=3386&date=2010-04-25&lang=az


Создан 26 апр 2010



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters